

Bölüm Gözlənilir
Record of Ragnarok
6.7
ONA
12 Bölüm
Bitib
Studiya
Graphinica
Başlama Tarixi
17.06.2021
ActionDramaFantasySupernatural
Haqqında
Bəşər sivilizasiyasının 7 milyon illik tarixi sona çatmaq üzrədir…
Hər min ildən bir dünyanın bütün tanrıları Bəşəriyyətin Sağ Qalması Konfransında iştirak etmək üçün səmada toplanır. Tanrılar axmaq hərəkətlərinə görə bəşəriyyətə son qoymağa razılaşırlar, lakin son hökm verilməzdən əvvəl 13 valkiriya (valkyrie) bacısının ən böyüyü olan Brunhilda (Brunhild) etiraz edir.
“İşlərə bir az rəng qatmaq üçün, niyə də insanları sınamayasınız?”
O, “Raqnarok” (Ragnarok) kimi tanınan son mübarizədə qüdrətli tanrıların insan tarixinin ən güclü çempionlarına qarşı təkbətək döyüşlərdə üz-üzə gəlməsini təklif edir. 13 döyüşdən 7-sini qazanan ilk tərəf qalib elan ediləcək, lakin insanların tanrılara qarşı qalib gəlməsi demək olar ki, qeyri-mümkün görünür.
Tanrılar onun bu bəyanatına istehza etsələr də, Brunhilda onları daha da təhrik edir:
“Yoxsa qorxursunuz?”
Onun sözləri tanrıların əsəblərinə toxunur və onlar qəzəblənərək təklifi qəbul edirlər. İndi, sağ qalmaq uğrunda gedən bu ümidsiz döyüş üçün Brunhilda və bacıları bəşəriyyətin 13 çempionunu seçməlidirlər. Görəsən, insanlar tanrıları üstələyib bəşəriyyətin sonunun qarşısını ala biləcəkmi? Səma ilə yer üzü arasındakı esxatoloji (dünyanın sonu ilə bağlı) döyüşlər nəhayət başlayır!
